Küveyt hökumətinin son həftələrdə Arəş meydanı məsələsini media məkanında gündəmə gətirmək yanaşmasının ardınca, Xarici İşlər nazirinin köməkçisi və Fars Körfəzi məsələləri üzrə Baş direktor Məhəmməd Əlibək cümə axşamı, 22 fevralda Küveytin Tehrandakı səfiri Bədr əl-Manix ilə görüşdə ölkəmizin bu yanaşmaya etirazını və narazılığını ona çatdırıb.
Bu görüşdə Xarici İşlər Nazirliyinin Fars Körfəzi məsələləri üzrə Baş direktoru iki ölkə arasında aparılan danışıqlara toxunaraq vurğulayıb: “İran İslam Respublikası hesab edir ki, bu məsələdə əməkdaşlıq və ortaq maraqlara hörmət şəraitində razılaşma əldə oluna bilər.”
Əlibək əlavə edib: “Şübhəsiz ki, müxtəlif bəyanatlarda və mediada birtərəfli iddialar irəli sürmək bu işin həlli üçün irəliyə doğru addım ola bilməz və bu mövqeləri ifadə edən tərəfə heç bir hüquq yaratmayacaq.”
Xarici İşlər nazirinin köməkçisi həmçinin ölkəmizin Küveyt hökuməti ilə qarşılıqlı qaneedici həllə nail olmaq məqsədilə dostluq şəraitində danışıqların yeni raundunu keçirməyə hazır olduğunu vurğulayıb.
Sizin rəyiniz